Paralimpiyaçımız qızıl medal qazanmaqla dünya rekordunu təzələdi
26-30 iyul 2015-ci il tarixlərində Qazaxıstan respublikasının Almatı şəhərində pauerliftinq idman növü üzrə açıq çempionat keçirilir.Çempionatda 30 ölkədən 220 nəfər paralimpiyaçı yarışır və bu yarış 2016 RİO-de-Janeyro XV Yay Paralimpiya Oyunlarında iştirak üçün xal qazandırır.

Azərbaycan Milli Paralimpiya Komitəsinin pouerliftinq idman növü üzrə milli komandanın üzvü Elşən Hüseynov yarışda iştirak edir.O,107 kq çəki dərəcəsində 242 kq ağirlıq qaldıraraq qızıl medal qazanmaqla dünya rekordunu təzələmişdir.

Qeyd edək ki, E.Hüseynov hazırda beynəlxalq reytinq cədvəlində birinci yerdədir.

Xəbər 761 dəfə oxundu.