Regional Futbol Federasiyasının Kuboku uğrunda yarışlar keçirilib
13-14 iyul tarixlərində Astara dənizkənarı park bulvar kompleksinin çimərlik futbol meydançasında 2002 və 2003-cü il təvəllüdlü yeniyetmələr arasında cənub Regional Futbol Federasiyasının Kuboku uğrunda yarışlar keçirilib.

2002-ci il təvəllüdlü yeniyetmələr arasında 7 komanda – “Boradigah” (Lənkəran), “Xəzər-92” (Lənkəran), “Lerik” (Lerik), “Zirvə” (Lənkəran), “Masallı” (Masallı), “Cəlilabad” (Cəlilabad), “Zirvə” (Bakı) komandaları mübarizə aparıb, I və II yerə “Zirvə” (Lənkəran) və “Cəlilabad” (Cəlilabad) komandaları layiq görülüblər.

2003-cü il təvəllüdlü yeniyetmələr arasında yuxarıda adı çəkilən 7 komanda mübarizə aparıb, I yerə “Zirvə” (Bakı) və II yerə “Zirvə” (Lənkəran) komandaları layiq görülüblər.
Emin Əliyev, Əfqan Qurbanlı, Ağamirzə Babayev hakimliyi ilə keçirilən yarışda qalib komandalar CRFF-nın və Astara rayon Gənclər və İdman İdarəsinin kubokları və diplomlarına layiq görülüb

Xəbər 765 dəfə oxundu.