Futbol üzrə "Samux rayon kuboku" sona çatıb
Azərbaycan Respublikasının milli qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun əziz xatirəsinə həsr olunmuş gənclər arasında futbol üzrə rayon kuboku sona çatıb.

İyunun 17-də başlayan oyunlarda Milli qəhrəmanlarımızın təbliği, yeniyetmələr arasında vətənpərvərliyin aşılanması, gənclərin asudə vaxtının səmərəli təşkili üzrə keçirilən oyunda finalda Sərkar və Ağasıbəyli komandaları qarşılayıb. Azərbaycan futbol federasiyaları Assosiyalarının Gəncə hakimləri tərəfindən idarə edilən oyunda 6 :1 hesabı ilə Ağasıbəyli komandasının xeyrinə başa çatıb.

Sonda Rayon İcra Hakimiyyəti Başçısı cənab Alı Qocayev qalibləri mükafatlandırıb, kubok qalib komandaya təqdim edilib.

Xəbər 785 dəfə oxundu.