Arturo Vidal “Bavariya” komandası ilə dördillik müqavilə imzalayıb
İtaliyanın “Yuventus” klubunun sabiq yarımmüdafiəçi Arturo Vidalın “Bavariya” futbol komandasına keçidi rəsmiləşib.

Çilili futbolçu münxenlilərlə dördillik müqavilə imzalayıb. Almaniya çempionu futbolçunun keçidi üçün “Yuventus”a 35 milyon avro ödəyib. 28 yaşlı futbolçunun illik maaşı 6,5 milyon avro təşkil edəcək.

O, yeni komandasında ictimaiyyətə təqdim olunub. Münxen klubunda 23 nömrəli formada çıxış edəcək Arturo Vidal ən böyük arzusunun UEFA Çempionlar Liqasında qalib gəlmək olduğunu bildirərək deyib: “Bavariya” azarkeşlərinin sevgisini qazanmaq istəyirəm. Məşqçi qərar versə, şənbə günü keçiriləcək Almaniya Superkuboku uğrunda oyunda meydana çıxmağa hazıram”.

Çilili futbolçu İtaliya çempionatında keçirdiyi 124 oyunda 35 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 707 dəfə oxundu.