U-17 (qızlar) məğlub olub
17 yaşadək qızlardan ibarət yığma komandalar arasında Moldovanın Kişinyov şəhərində təşkil olunmuş UEFA-nın İnkişaf turnirində I turun oyunları keçirilib

Moldovalı həmyaşıdları ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub. Millimizin yeganə qolunu Vüsalə Seyfəddinova vurub.

Qeyd edək ki, turnir çərçivəsində II turun oyunları bu gün keçiriləcək. Yığmamız Latviya millisi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.

Xəbər 784 dəfə oxundu.