"Rəvan" Zaqatalada toplanışa başladı
Seleksiya xarakterli toplanışı başa vuran "Rəvan” klubu Premyer Liqanın hazırlığını əyalətdə davam etdirəcək. Paytaxt təmsilçisi bu gün Zaqatalaya yollanıb. Zaqatala Olimpiya Kompleksində məskunlaşacaq "aslanlar” bir həftə sözügedən bölgədə məşq edəcəklər. Təlim-məşq toplanışının gedişində 2 yoxlama matçı da nəzərdə tutulub.

Artıq matçlardan birinin keçirilmə vaxtı, yeri və rəqibin kimliyi bəllidir. Avqustun 2-də Tiflisə səfər edəcək "Rəvan” Gürcüstanın yüksək dəstəsində çıxış edən "Saburtalo” klubu ilə qarşılaşacaq.

Digər oyunun vaxtı və rəqibin kimliyi yaxın günlərdə dəqiqləşəcək.

Xəbər 776 dəfə oxundu.