Barselonanın müdafiəçisi 2 aylığa sıradan çıxdı
Barselonanın sağ cinah müdafiəçisi Duqlas Pereyra zədə səbəbilə Çelsi ilə (2:2, 2:4 pen) qarşılaşmanı International Champions Cup turniri çərçivəsində yarımıçıq bitirib.

15-ci dəqiqədə 24 yaşlı braziliyalı arxa bud sümüyündən xəsarət alaraq yerini Serxi Robertoya verib.

Kataloniya mətbuatının məlumatına görə müdafiəçi 2 ay buraxmalı olacaq.

Xəbər 732 dəfə oxundu.