"Kəpəz"də braziliyalı hücumçu
"Kəpəz" heyətinə daha bir futbolçu qatıb. Sözügedən klub braziliyalı hücumçu Dario Federiko da Silva ilə güclənib.

Onun son klubu Portuqaliyanın "Trofense" komandası olub. Futbolçu özü də tezliklə Gəncə klubuna keçəcəyini təsdiqləyib. "Kəpəz" yaxın günlərdə onunla bir illik müqavilə imzalayacaq.


Xəbər 919 dəfə oxundu.