Çin tennisçisi Jaoxuan Yanq “Baku Cup-2015” turnirində növbəti qələbəsini qazanıb
Jaoxuan Yanq Bakı turnirində çıxışını davam etdirir. Çin Xalq Respublikası təmsilçisi növbəti mərhələyə rəqibi ukraynalı Yuliya Beygelzimerin ikinci raunddan imtinası ilə keçib.

Yuliya Beygelzimer ilk seti uduzduqdan sonra ikinci hissədə korta qayıtmaqdan imtina edib. J.Yanq 46 dəqiqə ərzində ilk seti aktivinə 6:3 hesabı ilə yazmaqla kifayətlənib.

J.Yanq növbəti raundda Rusiya təmsilçisi Marqarita Qasparyana qarşı oynayacaq.

11:22

Bakı Tennis Akademiyasında “WTA International” seriyalı tennis turniri davam edir.

Mükafat fondu 250 min ABŞ dolları olan turnirdə dünyanın tanınmış tennisçiləri iştirak edirlər. Bu il Bakıya Dominika Tsıbulkova (Slovakiya), Françeska Skyavone (İtaliya), Boyana Yovanovski (Serbiya), Roberta Vinçi (İtaliya) kimi tanınmış idmançılar qatılıb. İyirmiyə yaxın ölkədən tennisçilərin qatıldığı yarışda, həmçinin belçikalı Yanina Vikmayer, Kristen Flipkensi, ötən il turnirin yarımfinalda oynayan Stefani Voegele (İsveçrə), Anastasiya Pavlyuçenkova (Rusiya Federasiyası), Kurumi Nara (Yaponiya) kimi tennisçiləri qeyd etmək lazımdır.

“Baku Cup” turnirinin daha öncəki qalibləri Vera Zvonareva (Rusiya, 2011-ci il), Boyana Yovanovski (Serbiya, 2012), Yelena Svitolina (Ukrayna, 2013-cü və 2014-cü illər) olublar.

Xəbər 2254 dəfə oxundu.