İnterin rəqibi cəzalandırıldı
Son İspaniya kubokunun finalında baş vermiş hadisələrə görə Ölkənin zorakılığa qarşı dövlət komitəsi Atletik və Barselona klublarını cəzalandırıb. Bundan əlavə ölkə futbol federasiyası da cərimələnib.

«Barselona» klubu 66 min , bask təmsilçisi isə 18 min avro cərimə ödəməlidir.Federasiya 123 min avrosundan keçmək məcburiyyətində qalıb.

Barselonanın cərimələnməsinin səbəbi stadionda təhlükəsizliyi təmin etməməsidir.

Atletik komandasına cəza isə oyunun siyasiləşdirilməsinə qarşı çıxmamasına görə verilib.

Xəbər 774 dəfə oxundu.