Velosipedçilərimiz Olimpiya Festivalında mübarizəyə başlayır
Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan velosipedçiləri yarışa tam hazırdırlar. Qeyd edək ki, nüfuzlu yarışda 3 idmançımız - Kərim Şirəliyev, Mikayıl Səfərov və Bakir Dadaşov mübarizə aparacaq.

İyulun 28-i, Bakı vaxtı ilə saat 17:00-da təmsilçilərimiz 10 km məsafəyə fərdi ötüşmədə mübarizə aparacaqlar. İyulun 30-da isə qrup ötüşməsi keçiriləcək.

Xəbər 698 dəfə oxundu.