Avropada ilin qolu olmağa namizədlər müəyyənləşdi
UEFA, 2014-15 mövsümündə Avropada ilin qolu uörunda mübarizə aparacaq 10 namizəd qolu açıqlayıb.UEFA-nın rəsmi saytının məlumatına görə qurumun ekspertləri , texniki işçiləri , UEFA.com-un yazarları, müxbirləri və redaktorları namizəd qolların sayını 10-a endirib.Futbol azarkeşləri 2014-15 mövsümündə klub və milli komanda yarışalrında UEFA-nın təşkilatçılığı ilə ən gözəl qolu müəyyənləşdirmək üçün 25 avqusta qədər səs verə bilərlər. Səsvermənin nəticələri 27 avqustda Monakoda UEFA çempionlar liqasının püşkatması zamanı elan ediləcək.

Avropada ilin qolu olmağa namizəd 10 qol:
Robbie Muirhead (Şotlandiya U-19 )
Cristiano Ronaldo (Real Madrid)
Lionel Messi (Barcelona)
Vasyl Kobin (Metallist Xarkov)
Aaron Ramsey (Arsenal)
Erik Lamela (Tottenham)
Kevin De Bruyne (Wolfsburg)
Mariam Abdulai Toloba (Belçika U-17)
Antunes (Dinamo Kiev)
Neymar (Barcelona)

Xəbər 724 dəfə oxundu.