"Qəbələ" "Dinamo" Tiflisin oyunçusunu almaq istəyir
“Dinamo”nun yarımmüdafiəçisi Papunaşvili ölkəmizdə çıxış edə bilər. Gürcüyə “elçi düşən” klublardan biri də elə “Qəbələ”di. Avropa Liqasının birinci təsnifat mərhələsində “Qəbələ” ilə görüşlərdə özünü yaxşı tərəfdən göstərən Papunaşvili Roman Qriqorçukun da diqqətini çəkib. Tiflisdəki görüşdə bir qol ötürməsi verib, bir də qol vuran Papunaşvili hazırda Avropanın əksər ölkələrindən təklif alıb.

Bu xəbəri “Dinamo”nun məşqçisi Kaxaber Çxetiani müxbirimizlə söhbətində təsdiqləyib. 1995-ci il təvəllüdlü Giorgi “Dinamo”nun yetirməsidi. 2013-cü ildən əsas komandaya cəlb edilən Papunaşvili, keçən il də millidə debüt edib.

Xəbər 717 dəfə oxundu.