Azərbaycanın altı şahmatçısı 22-ci Abu-Dabi Beynəlxalq Şahmat Festivalında iştirak edəcək
Avqustun 23-dən 31-dək Abu-Dabi şəhərinin şahmat klubu şahmat ustalarının 22-ci Beynəlxalq Şahmat Festivalını keçirəcək.

Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanı 6 şahmatçının təmsil etməsi planlaşdırılır. Yarış iştirakçılarının ilkin siyahısına əsasən Azərbaycanın idman şərəfini qrossmeysterlər Qədir Hüseynov, Nicat Məmmədov, Eltac Səfərli, Zaur Məmmədov, beynəlxalq dərəcəli ustalar Nərmin Xələfova və Asif Yaqubi təmsil edəcəklər.

22-ci Abu-Dabi Beynəlxalq Şahmat Festivalı İsveçrə sistemi üzrə keçiriləcək.

Xəbər 734 dəfə oxundu.