Julius Vobay “Xəzər Lənkəran”dan nə qədər pul istəyir?
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Julius Vobay Azərbaycanda özünə yeni klub axtarır. İdman.com.az saytının məlumatına görə, cənub təmsilçisi ilə müqaviləsinin müddəti başa çatan legioner futbolçu təkrar anlaşma bağlaya bilməyib.

Məsələ burasındadı ki, o, “ağ-yaşıllar” dan yeni müqavilə üçün 500 000 avro tələb edir. Lakin təbii ki, Lənkəran klubu onun bu tələbini həyata keçirmək istəməyib. Həmin səbəbdən də Vobayın “Xəzər Lənkəran”dan getməsi istisna olunmur.

“Bakı” da Vobayla maraqlanan klublar arasındadı. Lakin paytaxt təmsilçisi də futbolçunun yüksək məbləğ tələb etməsi üzündən bu transferdən vaz keçib.

Xəbər 961 dəfə oxundu.