Bakının “İnter” komandası “Atletik Bilbao” ilə qarşılaşmadan əvvəl yoxlama oyununda qüvvəsini sınayıb
UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinə hazırlaşan Bakının “İnter" futbol komandası "Rəvan" ilə yoldaşlıq matçı keçirib.

“İnter Arena”da təşkil olunan qarşılaşma 1:2 hesabı ilə "Rəvan" komandasının xeyrinə başa çatıb. “İnter”in baş məşqçisi Zaur Svanadze hər iki hissədə meydana qarışıq heyət çıxarıb.

Qeyd edək ki, Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsində “İnter” İspaniyanın "Atletik Bilbao" komandası ilə qarşılaşacaq. Oyun iyulun 30-da “San-Mames” stadionunda keçiriləcək.

“İnter” matçdan iki gün əvvəl İspaniyaya yola düşəcək.

Xəbər 962 dəfə oxundu.