Azer Mirzəyev "Sardaran Open" beynəlxalq şahmat turnirində liderlik edir
İranın Urmiya şəhərində keçirilən “Sardaran Open” IV beynəlxalq şahmat festivalında 6-cı turun oyunları başa çatıb.

16-sı qrossmeyster olmaqla 67 şahmatçının yarışacağı festivalda azərbaycanlı zəka ustaları da iştirak edirlər. Yarışda ölkəmizi qrossmeysterlər Azər Mirzəyev, Vüqar Rəsulov, beynəlxalq ustalar Ayaz Məmmədov və Loğman Quliyev təmsil edirlər. Onların rəqibləri Türkiyə, İran, Gürcüstan, Belarus, Norveç, İraq, Ukrayna, ABŞ, Litva və Nigeriya nümayəndələridir.

“ A” qrupunda 6 turdan sonra Azər Mirzəyev və yerli şahmatçılar - Ehsan Qaem Maqhami və Pouya İdani hərəyə 5 xal toplayaraq ilk üçlükdədirlər. Bu qrupda iştirak edən daha bir təmsilçimiz Vüqar Rəsulov aktivinə 4 xal yazaraq 12-19-cu yerləri bölüşdürür və əlavə göstəricilərə görə 16-cı yerdədir.Loğman Quliyev isə 3.5 xalla 24-cü pillədə qərarlaşıb.

Beynəlxalq turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir.

Xəbər 799 dəfə oxundu.