Barselona Pedronu MY-ya 32,5 milyona satmağa razılıq verdi
Barselonanın hücumçusu Pedro Rodriges böyük ehtimalla karyerasını Mançester Yunayted komandasında davam etdirəcək.

Klublar 27 yaşlı ispan futbolçunun keçidinə 32,5 milyon avroya razı olublar.

Keçidin tam baş tutması üçün bir sıra xırda detalları razılaşdırmaq qalıb.

Qeyd edək ki, bir müddət əvvəl Mançester Yunaytedin Pedroya Çelsidən daha sərfəli şəxsi müqavilə təklif etdiyi xəbəri yayılmışdı.

Xəbər 712 dəfə oxundu.