“Turan”ın sabiq qapıçısı dünyada 14-cüdür
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası dünyanın ən məhsuldar qapıçılarının adlarını açıqlayıb. İdman.com.az saytını məlumatına görə, siyahıda Azərbaycanın “Turan” klubunun sabiq qapıçısı Nizami Sadıqovun da var. O, iştirak etdiyi 31 rəsmi oyunda 21 dəfə rəqib qapılarına qol vurub.

Bu nəticə ilə qolkiper dünya sıralamasında 14-cü pillədə qərarlaşıb. Siyahıya braziliyalı qapıçı Rojerio Ceni başçılıq edir. Onun hesabında 101 xal var. Məşhur paraqvaylı qapıçı Çilavert 62 qol ilə 2-ci, kolumbiyalı Rene Hiquita 41 qolla 3-cüdür.

Xəbər 977 dəfə oxundu.