“Sumqayıt” futbol klubu Məhəmməd Əliyevlə müqaviləni ləğv edib
“Sumqayıt” futbol klubu bir müddət əvvəl “Neftçala”dan transfer etdiyi Məhəmməd Əliyevi geri göndərib.

Futbolçu keçən mövsüm “Neftçala”nın heyətində göstərdiyi oyunla “Sumqayıt”ın diqqətini cəlb edib və onunla müqavilə bağlanılıb. Lakin baş məşqçi Aqil Məmmədov məşqlərdə və oyunlarda futbolçudan narazı olduğu üçün M.Əliyevlə müqavilə ləğv edilib.

Xəbər 798 dəfə oxundu.