“Zirə” futbol klubu heyətini gücləndirməkdə davam edir
Premyer Liqaya hazırlığı Türkiyədə davam etdirən “Zirə” futbol klubu heyətini daha da gücləndirib.

Təcrübəli qapıçı Anar Nəzirov bundan sonra “Zirə”nin şərəfini qoruyacaq. A.Nəzirov ilə birillik müqavilə imzalanıb.

Futbolçu iyulun 25-də Ərzuruma yola düşərək “Zirə”nin düşərgəsinə qoşulacaq.


Xəbər 726 dəfə oxundu.