“Seltik” – “Qarabağ” oyununu avstriyalı hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Seltik" (Şotlandiya) -"Qarabağ" (Ağdam) matçının hakimləri müəyyənləşib.

Görüşü avstriyalı referi Robert Şörgenhofer idarə edəcək. Köməkçi hakim funksiyasını isə onun həmyerliləri Mattias Vinsaue, Riçard Huebler və Dominik Ouşan yerinə yetirəcəklər.

"Seltik" -"Qarabağ" oyunu iyulun 29-da Bakı vaxtı ilə 23:45-də "Seltic Park" stadionunda keçiriləcək.

Xəbər 956 dəfə oxundu.