“Kəpəz” – “Şukura” futbol matçı heç-heçə yekunlaşıb
Türkiyədə təlim-məşq toplanışını davam etdirən Gəncənin “Kəpəz” futbol komandası ikinci yoxlama oyununu keçirib.

Gəncə təmsilçisi Gürcüstanın yüksək liqasında mübarizə aparan “Şukura” komandası ilə qarşılaşıb.

Türkiyəli hakimlər briqadasının idarə etdiyi oyun “Kəpəz” üçün uğurlu başlayıb. Artıq oyunun 10-cu dəqiqəsində Şəhriyar Əliyev künc zərbəsi ilə başlayan hücumu dəqiq oynayaraq qolla tamamlayıb.

İkinci hissədə məşqçilər korpusu meydançada gənclərə üstünlük veriblər. Son dəqiqələrdə rəqib komanda hesabı bərabərləşdirə bilib – 1:1.

Xəbər 829 dəfə oxundu.