Sumqayıtda üzgüçülük üzrə şəhər birinciliyi keçiriləcək
Sumqayıtda ilk dəfə üzgüçülük üzrə şəhər birinciliyi keçiriləcək. Yarış məhəllə və mikrorayonları təmsil edən gənclər arasında təşkil olunacaq.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev bildirib ki, yarış iyulun 31-dən avqustun 3-dək Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq. Birincilikdə 2000-2007-ci il təvəllüdlü oğlan və qızlar iştirak edəcəklər.


AZƏRTAC

Xəbər 1892 dəfə oxundu.