Atletik-İnter oyununun başlama saatı məlum oldu
Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Atletik" (İspaniya) - "İnter" (Azərbaycan) ilk matçının başlama saatı müəyyənləşib.

“San Mames” stadionunda keçiriləcək qarşılaşma iyulun 30-u Bakı vaxtı ilə 23:45-də (yerli vaxtla saat 20:45-də) başlayacaq.

Qeyd edək ki, "İnter" ikinci təsnifat mərhələsində “Hafnarfyordur”u (İslandiya) mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəlib.

Xəbər 954 dəfə oxundu.