Ağdamın “Qarabağ” komandasının Şotlandiyada “Seltik” kollektivi ilə görüşünün vaxtı və yeri müəyyənləşib
UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Seltik” (Şotlandiya) – “Qarabağ” (Ağdam) oyununun vaxtı müəyyənləşib.

Qlazqo şəhərindəki 60 min tamaşaçı yerlik “Celtic Park” stadionunda keçiriləcək ilk görüş iyulun 29-da Bakı vaxtı ilə 23:45-də başlayacaq. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

İlk oyunun biletləri Şotlandiyada artıq satışa çıxarılıb.

“Seltik” ikinci təsnifat mərhələsində İslandiya çempionu “Styarnan” komandasını mübarizədən kənarlaşdırıb. Ağdam təmsilçisi isə ikinci təsnifat mərhələsində Monteneqronun “Rudar” klubuna qalib gəlib.

Xəbər 969 dəfə oxundu.