“Qarabağ” klubu Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandası ilə qarşılaşacaq
Azərbaycan çempionu “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi növbəti mərhələdə Şotlandiyanın “Seltik” klubu ilə üz-üzə gələcək. “Seltik” ikinci təsnifat mərhələsində İslandiya çempionu “Styarnan” komandasını turnirdən kənarlaşdırıb. “Qarabağ” isə ikinci təsnifat mərhələsində Monteneqronun “Rudar” klubundan üstün olub.

“Qarabağ”la “Seltik” arasında ilk oyun iyulun sonunda Şotlandiyada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Xəbər 805 dəfə oxundu.