Atletika üzrə Azərbaycan millisinin Avropa Yay Olimpiya Festivalı üçün heyəti açıqlanıb
Tbilisidə təşkil olunacaq Avropa Yay Olimpiya Festivalında iştirak edəcək atletika üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Yarışda ölkəmizi Vaqif Bağırov (100-200 metr məsafəyə qaçış və 4x100m estafet qaçışı), Aleks Axundov (400 metr məsafəyə qaçış), Rüstəm Şükürov (uzunluğa tullanma), Yadulla İbrahimov (üç təkanla tullanma), Nurəhməd Babayev (nüvə itələmə), Qadir Əhmədov, Kamran Səfərov, Fərhad Əsədov (hər üçü 4x100 metr estafet qaçışı), Heybət Salayev (hündürlüyə tullanma) və Aynur Əsədzadə (200 metr məsafəyə qaçış) təmsil edəcəklər.

İyulun 24-də Tbilisiyə yola düşəcək komandamız məşqçilər Elvin Əliyev, Nazim İsrafilov və Arif Axundovun rəhbərliyi altında mübarizə aparacaq.

Xəbər 787 dəfə oxundu.