“Minsk Open 2015” turnirində Azərbaycan şahmatçısının növbəti rəqibi müəyyənləşib
Belarusda “Minsk Open 2015” beynəlxalq şahmat turniri davam edir.

Turnirdə 126 şahmatçı, o cümlədən 9 qrossmeyster iştirak edir. Artıq 7 tur arxada qalıb. Yeddi turun nəticəsinə əsasən, yerli şahmatçılardan hərəsi 6 xal toplamış Aleksey Aleksandrov, Vladislav Kovalyov və Vitali Meribanov ilk sıralardadırlar. Üç şahmatçı onlardan yarım, 16 idmançı isə bir xal geri qalır. Bu şahmatçılar arasında Azərbaycandan olan beynəlxalq dərəcəli usta Kamal Ağasıyev də vardır. Səkkizinci tur üçün püşkatmanın nəticələrinə əsasən Kamal Ağasıyev yerli şahmatçı Dmitri Novijkiçlə görüşəcək.

Turnirin Belarus şahmatçıları ilə yanaşı, Azərbaycan, Suriya və Rusiyadan olan zəka ustaları da mübarizə aparırlar.

Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir.

Xəbər 710 dəfə oxundu.