“Volero”nun prezidenti “Azərreyl”i münasib rəqib sayır
““Azərreyl” komandası bizim üçün arzuolunan rəqibdir”. İdman.com.az saytının məlumatına görə, bunu İsveçrənin “Volero” voleybol klubunun prezidenti Stav Yakobi deyib.

O, Avropa Çempionlar Liqasının pley-off mərhələsinin püşkatmasına münasibət bildirib. Yakobinin sözünə görə, tədbirdə Bakının “Azərreyl” klubu ilə düşmələrində bəxtləri gətirib: “Biz onları çox yaxşı tanıyırıq və bu dueldə məqsədimizə çata bilərik. “Rəqibin heyətində “Volero”nun bəzi sabiq voleybolçuları çıxış edirlər. O cümlədən, Valeriya Korotenko və Oksana Parxomenko bizə çox tanışdır.

Amma hazırda “Azərreyl”in toppaylayıcısı zədəlidir, yeni əməliyyat olunub və bizlə oyunda meydana çıxmayacaq. Onlarla yanaşı, İsveçrə “Ksanti”sində forma geyinmiş Nutsara Tomkom da Bakı klubunda çıxış edir”.
Qeyd edək ki, 1/8 final mərhələsində “Volero” – “Azərreyl” görüşü fevralın 1-də keçiriləcək.

Xəbər 1176 dəfə oxundu.