Azərbaycan şahmatçıları “Sardaran Open” beynəlxalq festivalında əsas rəqiblərdən olacaqlar
İyulun 22-də İranın Urmiya şəhərində “Sardaran Open” IV beynəlxalq şahmat festivalı start götürüb.

16-sı qrossmeyster olmaqla 67 şahmatçının yarışacağı festivalın “A” turnirində azərbaycanlı zəka ustaları da iştirak edirlər. Yarışlarda ölkəmizi qrossmeysterlər Azər Mirzəyev, Rəsul İbrahimov, Vüqar Rəsulov, beynəlxalq ustalar Ayaz Məmmədov, Loğman Quliyev, Kənan Heydərli, FİDE ustası Asif Həsənov, habelə Kənan Əhədzadə və Aysel Məmmədova təmsil edəcəklər. Onların rəqibləri Türkiyə, İran, Gürcüstan, Belarus, Norveç, Hindistan, İraq, Rusiya, Ukrayna, ABŞ, Litva və Nigeriya nümayəndələri olacaqlar.

Beynəlxalq turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçiriləcək.

Xəbər 834 dəfə oxundu.