Jurnalistlər arasında üzgüçülük yarışı keçirilib
İyulun 20-də Azərbaycan Milli Mətbuatının 140 illiyi münasibətilə media nümayəndələri arasında üzgüçülük yarışı keçirilib.

Bakının modern simvoluna cevrilmiş Alov Qüllərində (Flame Towers) yerləşən Espa Mərkəzində təşkil olunub.

Yarışı "Sportsman" jurnalı Azərbaycan Milli Olimpiya Komitəsi, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi, Azərbaycan Üzgüçülük Federasiyası, AİJA və "İdman" qəzeti redaksiyasının dəstəyi ilə təşkil edib.

"Ofissa-Dizayn" və "Coca-Cola" şirkətləri, eləcə də, "Azun" şirniyyat evi və "King" elektrik avadanlıqlarının sponsorluğu ilə təşkil edilən yarış həm qadınlar həm də kişilər arasında təşkil edilib.

Maraqlı və gərgin keçən mübarizənin yekununda "Dogru söz"ün əməkdaşı Sara Agayeva birinci, "Sehirli dunya" uşaq jurnalının müxbiri Gülzar İbrahimova ikinci, ATV kanalının əməkdaşı Nadejda Əhmədova isə üçüncü olublar.

Kişilərin mübarizəsində Trend informasiya agentliyinin əməkdaşı Maksim Turkov qalib gəlib. "Sportsman" jurnalının baş redaktoru Rəşad Cavadov ikinci, "Exo" qəzetinin müxbiri Rüstəm Piriyev isə üçüncü yeri tutublar.

Tədbirdə fəal iştiraklarına və əzmkarlığa görə yarış iştirakçılarından Günel Əsədova, "My name is intiqam" kino serialının senaristi Fariz Əliyev, Turan teatrının rejissoru Elcin İmanov, "Respublika" qəzetinin əməkdaşı Söhrab Səfiyev, jurnalist Rəsmiyyə Vahidova xüsusi mükafatlara layiq görülüblər.

Sonda Qaliblər müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırıldılar .Yarışın aparıcıları Pervin Abıyeva və Sənan Şəfizadə hər ikisi tədbirin əzimkar aparıcısı olaraq diplom və müxtəlif hədiyyələrlə təltif olunublar.

Mükafatlandırılma mərasiminin sonunda tədbirin aparıcıları Sənan Şəfizadə və Pərvin Abıyeva bütün qalibləri təbrik ediblər və Milli Mətbuatın 140 illiyi münasibətilə "AZUN" şirkətinin xüsusi hazırladığı tort kəsilib.

Xəbər 2200 dəfə oxundu.