"Bakı" Premyer Liqaya qayıda bilər
"Bakı"nın icraçı direktoru Yaşar Seyidov bəyan edib ki, paytaxt klubu yenə də Premyer Liqaya qayıtmaq şansına malikdir. O, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

"Hazırda klub prezidenti Hafiz Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşür. Hər şey yaxşı olsa, "Bakı" da Premyer Liqanın yeni mövsümündə çıxış edəcək. Premyer Liqa 11 klubla da keçirilə bilər".

Qeyd edək ki, "Bakı" ötən mövsüm Premyer Liqanın sonuncusu kimi elitanı tərk edib və birinci divizionda çıxış etməlidir.


Xəbər 766 dəfə oxundu.