Zeynəb Məmmədyarova Gürcüstanda qüvvəsini sınayacaq
Fevralın 17-22-də Tiflisdə qadın arasında Peşəkar Şahmatçıların Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə yarış keçiriləcək. İdman.com.az saytının məlumatına görə, turnirdə ölkəmizi Zeynəb Məmmədyarova təmsil edəcək.

Onun rəqibləri isə Aleksandra Kostenyuk, Nadejda və Tatyana Kosinseva bacıları (hər üçü - Rusiya), Nana Caqnidze, Maya Çiburdanidze (hər ikisi - Gürcüstan), Viktoriya Çmilite (Litva), Antoaneta Stefanova (Bolqarıstan), Anna Muzıçuk (Sloveniya), Katerina Lahno (Ukrayna), Pia Kramlinq (İsveç) və Anna Zatonskix (ABŞ) olacaqlar.

Yarışın mükafat fondu 40 min ABŞ dolları təşkil edəcək. Çempion adını qazanacaq zəka sahibi isə 10 min dollara sahib olacaq.
Qeyd edək ki, PŞA-ya Bakıda anadan olan və hazırda İsraildə yaşayan Emil Sutovski rəhbərlik edir.

Xəbər 955 dəfə oxundu.