"Neftçi"nin rəqibi dəyişdi
Türkiyənin Afyon şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin hazırlıq planında dəyişikliklər olub. Komanda yoxlama oyununda əvvəlcədən nəzərdə tutulduğu kimi Yunanıstanın “Panionios” klubu ilə deyil, Türkiyə “Alanyaspor”u ilə qarşılaşacaq. Bundan əlavə, yoxlama görüşlərinin tarixi də dəyişdirilib.

23 iyul
“Neftçi” – “Alanyaspor” (Türkiyə)

28 iyul
“Neftçi” – “Əl-Faysali” (Səudiyyə Ərəbistanı)

31 iyul
“Neftçi” – “Antalyaspor” (Türkiyə)


Xəbər 771 dəfə oxundu.