Premyer Liqanın 2015/2016-cı il mövsümünün püşkü atılıb
Bu gün AFFA-nın inzibati binasında Premyer Liqanın 2015/2016-cı il mövsümünün püşkatma mərasimi keçirilib.

Premyer Liqa klublarının və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Peşəkar Futbol Liqasının preidenti Ramin Musayev çıxış edərək əvvəlcə KİV təmsilçilərini Milli Mətbuat Günü ilə bağlı təbrik edib, sonra isə çempionatın reqlamenti ilə bağlı məlumat verib.

Avqustun 8-də və 9-da keçiriləcək I turun oyunları, püşkün nəticəsinə əsasən, aşağıdakı kimi müəyyənləşib:

"Qəbələ" - "Qarabağ"
"Zirə" - AZAL
"Neftçi" - "Kəpəz"
"Xəzər Lənkəran" - "İnter"
"Rəvan" - "Sumqayıt“

Xəbər 1230 dəfə oxundu.