Azərbaycanlı atlet 30 illik rekordu qırdı
İsveçin Eskilstuna şəhərində yeniyetmələr arasında atletika üzrə Avropa çempionatı başa çatıb.

Azərbaycanlı atlet Nazim Babayev üçtəkanla tullanmada 30 illik rekordu qıraraq (17.04 metr) qızıl medal qazanıb.

Bununla Nazim Babayev 2016-cı ildə Rio-2016 Olimpiya Oyunlarına lisenziya qazanmış olub.

Nazim Babayevin 17 yaşı var. O, iyunun 22-də Bakıda keçirilən Avropa Oyunlarında da üçtəkanla tullanmada birinci olmuşdu.

Xəbər 773 dəfə oxundu.