“Qarabağ”da daha 2 legioner
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın düşərgəsinə daha 2 legioner qoşulub. İdman.com.az-ın Ağdam təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, bunlar Əlcəzair əsilli Fransa vətəndaşı Sofyen Cobuani və xorvatiyalı İgor Juqoviçdir.
1990-ci il təvəlüdlü Cobuani ön xətt oyunçudur. Fransanın “Nant” komandasının yetirməsidir. Juqoviç isə dayaq yarmmüdafiəçisi mövqeyində oynayır.

22 yaşlı futbolçu karyerası boyunca ancaq Xorvatiyanın “Zaqreb” klubunda oynayıb və milli komandalarının aşağı yaş millilərində forma geyinib.
Futbolçular haqqında yaxın günlərdə qərar veriləcək.
Qeyd edək ki, Cobuani və Juqoviçlə yanaşı, Belarus yığmasının futbolçusu Dmitri Rekiş də “Qarabağ”da baxışdadır.

Xəbər 1058 dəfə oxundu.