“Beşiktaş” və “Qalatasaray” Jervinyuya görə mübarizə aparacaqlar
“Roma”nın hücumçusu Jervinyu karyerasını Türkiyədə davam etdirə bilər. 28 yaşlı futbolçuya “Qalatasaray” və “Beşiktaş” klubları maraq göstərir. Əvvəllər Kot-d`İvuar yığmasının forvardı “Əl-Cəzirə” ilə danışıqlar aparıb.

Romalılar oyunçunu satmağa razılıq veriblər, lakin BƏƏ klubu forvardın tələblərini təmin edə bilməyib. Ötən mövsümdə Jervinyu “canavarların” heyətində bütün turnirlərdə 34 matçda iştirak edib, 7 qol vurub, 5 səmərəli ötürmə edib.

Xəbər 891 dəfə oxundu.