“Neftçala” futbol klubunda yeni təyinat gerçəkləşib
Birinci divizionda mübarizə aparan “Neftçala” futbol klubunun baş məşqçisi Kamal Quliyevin yeni köməkçisinin adı məlum olub.

“Neftçala”nın kapitanı Musa Rəhimov növbəti mövsümdən oynayan məşqçi funksiyasını yerinə yetirəcək. O, həm meydanda komandanın kapitanı olacaq, həm də məşqlərdə baş məşqçiyə kömək edəcək. Beləliklə, M. Rəhimov özünü həm də məşqçi kimi sınayacaq.

Xəbər 764 dəfə oxundu.