Florentino Peres: Kasilyas “Real”dan getmək istəyirdi, çünki baş verənlərdən yorulmuşdu
“Real” klubunun prezidenti Florentino Peres bildirib ki, İker Kasilyas Madrid klubunu tərk etmək qərarına gəlib, çünki son illər ətrafında baş verənlərdən yorulub. Peres fikrini konkretləşdirməyib, amma çox güman fanatlarının münasibətini nəzərdə tutub. Onlar klubun ulduz yetirməsini hətta fitə basıblar.

İ.Kasilyas bu yay “Porto” klubuna keçib.

Peres deyib: “Kasilyas “Real”dan getmək istəyirdi, çünki baş verənlərdən yorulmuşdu. Mən onunla söhbət etdim və biz bir-birimizi başa düşdük”.

Xəbər 832 dəfə oxundu.