Daha bir futbolçumuz karyerasını başa vurdu
Azərbaycan yığmasının sabiq üzvü Arif İsayev karyerasını başa vurub. Buna yarımmüdafiəçinin uzun müddətdir zədədən əziyyət çəkməsi səbəb olub. Son olaraq Türkiyənin "Dənizlispor" klubuna çıxış edən, elə həmin komandada oynadığı dövrdə ağır zədə alan futbolçu bir ildən çox idi ki, müalicə alırdı. Düzdür, hazırda İsayevin zədəsi sağalıb. Amma o, futbolçu karyerasını bərpa etmək haqda düşünmür. Arif tezliklə məşqçilik kursuna yazılıb, məşqçiliyə başlamağa hazırlaşır.

Qeyd edək ki, İsayev karyerası ərzində Azərbaycan yığması ilə yanaşı, "Simurq", "Muğan", "Qəbələ" və AZAL-da da çıxış edib.

Xəbər 768 dəfə oxundu.