Mario Qomes bu gün Beşiktaşa keçir
Fiorentinanın forvardı Mario Qomes çox güman ki, karyerasını Beşiktaşda davam etdirəcək. 30 yaşlı futbolçu artıq bu gün İstanbul təmsilçisi ilə müqavilə imzalaya bilər.

Məlumata görə Mario Qomes Beşiktaşla 2 illik müqavilə imzalayacaq. Buna əsasən onun illik gəliri 5,5 milyon avro təşkil edəcək.

Qomesin Fiorentina ilə müqaviləsi 2017-ci ilə qədər nəzərdə tutulub.

Xəbər 865 dəfə oxundu.