"Naxçıvan Kuboku" uğrunda turnirdə yeddi ölkədən idmançılar mübarizə aparacaq
İyulun 22-də Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnir start götürəcək.

Komanda xarakterli turnirdə iştirak edən kollektivlər iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan və Qazaxıstan komandalarının iştirakı planlaşdırılır.

Turnirin proqramına əsasən, iyulun 22-də qrup görüşləri, iyulun 23-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək.

İyulun 23-dək davam edəcək turnirdə ilk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Xəbər 823 dəfə oxundu.