16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası başa çatdı
Zaqatala şəhər Olimpiya - Idman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası başa çatdı.

“A” və “B” qrupları üzrə keçirilən yarışda 500-dən artıq idmançı respublikanın 51 şəhər və rayonunu təmsil edirdilər. Yarışlar 12 yaşadək idmançılar arasında “B” və 12 yaşdan yuxarı idmançılar arasında “A” qrupları üzrə keçirilirdi.

“A” qrupunda, sonuncu turda Məmmədov Niyazla (Şamaxı) xalları yarı bölən Bakı şahmatçısı –Rüstəm Bünyatov aktivinə 9 xal yazaraq olimpiadanın qalibi adını qazandı. Kənan Əhədzadə (Lənkaran) isə 11-ci turda rəqibini məğlub edərək 9 xal toplasa da, əlavə göstəricilərə görə gümüş medala layiq görülüb. Vüsal Həsənzadə və Nurlan Hüseynov (Xaçmaz) 8.5 xal toplayaraq 3-4-cü yerləri bölüşdürüblər.Əlavə göstəricilərə görə, Olimpiadanın bürünc medalını Lənkaran təmsilçisi Vüsal Həsənzadə qazanıb.

”B” qrupunda isə Altay Eynullayev (Bakı) ,Mirmusa Feyziyev (Bakı), Mətin Salamov(Cəbrayıl) və Polad Salmanov (Ağdam) hərəyə 9 xal toplayaraq 1-4-cü yerləri bölüşdürüblər.Əlavə göstəricilərə görə, Altay Eynullayev “B” qrupunun qalibi adını qazanıb. Mirmusa Feyziyev 2-ci, Mətin Salamov isə 3-cü yerə çıxıb.

Komanda hesabında 1-ci yerə 31 xalla Lənkaran komandası (Kənan Əhədzadə,Vüsal Həsənzadə,Nəzrin Mirzəzadə və Turqut Vəliyev),2-ci yerə 29.5 xalla Sumqayıt komandası (Murad İbrahimli,Elçin Məmmədli,Ləman Hüseynova və ahil Mehrəliyev),3-cü yerə isə 28 xal toplayan Gəncə komandası ( Babək Cəfərli,Yalçın Hüseynli,Məhəmməd Kərimzadə və Fəxrəddin Əlləkbərov ) çıxıb.

Xatırladaq ki, Olimpiada isveçre sistemi üzrə 11 turdan ibarət olaraq, FIDE qaydalarma əsasən keçirilir və şəxsi -komanda xarakteri daşıyırdı.

Xəbər 951 dəfə oxundu.