Aytən Əmrayeva 20 yaşadək qızlar arasında Azərbaycan çempionu oldu
Respublika Şahmat Mərkəzində keçirilən 20 yaşadək qızlar arasında Azərbaycan çempionatı başa çatıb.Çempionatda Səbinə İbrahimova,Aytən Əmrayeva,Xanım Balacayeva,Nərmin Söyünlü və Gövhər Beydullayeva birincilik uğurunda mübarizə aparırıdı. Dairəvi sistemlə keçirilən və 10 turdan ibarət olan milli çempionatın yekununda Aytən Əmrayeva aktivinə yazdığı 5.5 xalla Azərbaycan Çempionu adını qazandı. Aytən Əmrayeva ilə eyni xal toplayan Xanım Balacayeva isə əlavə göstəricilərə görə gümüş medalın sahibi oldu. 3-cü yerə isə aktivinə 5 xal yazan Səbinə İbrahimova çıxıb.

Yarışın əsasnaməsinə görə I yeri tutan şahmatçı Dünya Çempionatına vəsiqə qazanır.Qalib pul mükafatı, habelə I-II-III yerlərin sahibləri Respublika Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunublar.

Xəbər 866 dəfə oxundu.