16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının başa çatmasına 2 tur qaldı
Zaqatala şəhər Olimpiya - Idman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının başa çatmasına 2 tur qaldı .

9-cu turda Bakı şahmatçsı Rüstəm Bünyatov Lənkaran təmsilçisi Vüsal Həsənzadə üzərində qələbə qazanaraq 8 xalla A qrupunda vahid liderdir. Murad İbrahimli (Sumqayıt) və Həzrət Orucov (Quba) görüşü sülhlə nəticələnib. Kənan Əhədzadə (Lənkaran) qara fiqurlarla Babək Cəfərli (Gəncə)üzərində qələbə qazanaraq 7.5 xalla hələlik 2-ci pillənin sahibidir. Bu turada Niyaz Məmmədov (Şamaxı) Susan Məmmədovanı (Ucar), Aslan Sadiqli (Bakı) Məhəmməd Kərimzadəni (Gəncə)məğlub edib. Murad İbrahimli, Vüsal Həsənzadə,Aslan Sadiqli və Niyaz Məmmədov hərəyə 7 xal toplayaraq 3-6-cı yerləri bölüşdürürlər.

B qrupunda isə Bakı şahmatçısı Mirmusa Feyziyev bütün rəqiblərini qabaqlayaraq 8 xalla zirvənin yeganə sahibidir.

Tunar Sultanov (Quba), Fərhad Fərhadlı (Sumqayıt), Mətin Salamov (Cəbrayıl) və Qəmbər Nağıyev (Qusar) 9 oyundan 7.5 xal toplayaraq 2-5-ci yerləri bölüşdürürlər. Olimpiada isveçre sistemi üzrə 11 turdan ibarət keçirilir və iyulun 16 -də başa çatacaq.

Xəbər 882 dəfə oxundu.