Əlil arabalarında idman rəqsi üzrə beynəlxalq turnirdə Azərbaycan atletləri üçüncü yeri tutublar
Taypeydə əlil arabalarında idman rəqsi üzrə “New Taipei City Cup-2015” çempionatı keçirilib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin idmançıları Vüsalə Kərimova və Tamerlan Qədirov yarışda “freestyle” proqramı üzrə uğurla çıxış ediblər. Təmsilçilərimiz yarışı üçüncü pillədə başa vurublar.

Beynəlxalq turnirdə 7 ölkədən 60 idmançı birincilik uğrunda mübarizə aparıb.

Xəbər 960 dəfə oxundu.