“Məqsədimiz daha çox yerli futbolçunun oynasıdır”
“Hazırlıqlar plan üzrə davam edir. Futbolçular məşqçilər korpusunun tapşırıqlarını böyük səylə yerinə yetirirlər”. İdman.com.az-ın məlumatına görə, bu sözü klubun rəsmi saytın “Neftçi”nin direktoru Güloğlan Cabbarov deyib.

Həmkarımızla söhbətdə, o “Neftçi”nin məqsədini açıqlayıb: “Əsas komanda ilə məşqlərə cəlb olunmuş gənclər də özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Almaniyanın “Dinamo” klubu ilə oyunda da əvəzedici heyətin futbolçuları meydana çıxaraq müəyyən mənada təcrübə qazandılar. Bu klub prezidenti Sadıq Sadıqovun müəyyənləşdirdiyi inkişaf strategiyasıdı. Məqsədimiz odur ki, gələcəkdə “Neftçi”nin heyətində daha çox yerli futbolçu oynasın”.

Xəbər 939 dəfə oxundu.