Pərviz Abdullayev kikboksinq üzrə reytinq xarakterli peşəkar “Kunlun Fight Series” turnirində Azərbaycanı təmsil edəcək
İyulun 18-də Çinin Nanjinq şəhərində kikboksinq üzrə reytinq xarakterli peşəkar “Kunlun Fight Series” turniri keçiriləcək.

Turnirdə ölkəmizi Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı, “Qəbələ” İdman Klubunun idmançısı, təcrübəli azərbaycanlı kikboksçu “Kobra” ləqəbli Pərviz Abdullayev təmsil edəcək. O, 75 kiloqram çəki dərəcəsində yerli idmançı Aorigele ilə qarşılaşacaq.

Qeyd edək ki, kikboksinq üzrə beş qat dünya çempionu Pərviz Abdullayev keçirdiyi 41 döyüşdən 38-də qalib gəlib. Bunlardan da 13-ü nokautla sona çatıb.

Xəbər 929 dəfə oxundu.